İncəlmiş Şüşə

Optik şüşələrin nömrələri artdıqca müsbət və ya mənfi nömrəli şüşələr olmasından asılı olaraq mərkəzdən və ya kənarlardan aydın görüntünü təmin edə bilmə üçün genişlənmələr yaranır ki bu genişlənmələr şüşənin, müştərinin bəyəndiyi bir çox optik çərçivənin daxilinə yerləşdirilməsini mümkünsüz edir. Bu zaman incəldilmiş şüşələrdən istifadə zərurəti yaranır. Adi halda incəldilməmiş şüşələr 1.50 – 1.56 indeksləri ilə nömrələnir. İncəlmiş şüşələr isə incəlmə dərəcəsinə uyğun olaraq 1.61 indeksi (30% incəldilmiş), 1.67 indeksi (40% incəldilmiş) və 1.74 indeksi (50% incəldilmiş) ilə nömrələnir.