Optik Örtüklər (Qatlar)

Optik eynəklərdən istifadənin genişlənməsi özlüyündə sadə optik şüşənin çatışmamazlıqlarını ortaya çıxarmış oldu. Bu çatışmamazlıqların aradan qaldırılması və istifadəçi rahatlığının təmin edilməsi üçün bir sıra şüşə örtük qatları yaradılmağa başlandı. Yansımanın qarşısını almaq üçün – Anti-blick və ya Anti-reflective qat, yağmurlu havalarda şüşəyə düşən su damlarının eynəyin səthindən süzülüb getməsi üçün – Hidrofob, maska taxarkən və ya soyuq havalarda buxarlanmanın qarşısını almaq üçün buxar saxlamayan qat, cızılmaya qarşı Anti-Scratch qat, günəşin zərərli şüalarına qarşı UV-block qatı, kompüter və elektronik cihazların zərərli şüalarına qarşı Blue Block qat, avtomobil idarə edilməsi zamanı aydın görüntünü təmin etmək üçün sürücü (driver) qatı, optik eynəyin günəş altında rahat istifadəsini təmin etmək üçün gün işığında tündləşmə xüsusiyyətinə malik fotoxrom və ya xamilyon örtüklərin tətbiqinə başlandı ki bu da optik eynəklərin istifadəsinin genişlənməsində xüsusi rol oynamış oldu. Müasir dövrdə optik eynək istifadəçiləri bu örtüklərin sayəsində, xüsusi sifarişlə istehsal olunan optik şüşələrlə geniş funksionallığı əldə edə bilirlər.