İlin Trendi

Hər fəsildə yanımızdan ayırmadığımız, həm göz sağlamlığımız həm də dəbli aksesuarımız olan günəş eynəklərində hər il trendlər dəyişir. 2021-2022ci il qadın günəş eynəyi kolleksiyasında isə trendlər çox daha fərqli və qarışıq modellərdə təqdim olunur. Çılğın, klassik, həndəsi fiqurlu, minimalist, aviator, retro tərz eynəklər son zamanların ən çox istifadə olunan modelləridir. Bundan başqa paparazzi stilli böyük və rəngli şüşələr də son zamanların trendlərindən sayılır. Demək olar ki, son vaxtlar eynək modası trendlərində hər dövrə və hər stilə xitab edən eynəklər mövcuddur.

2021-2022ci il kişi günəş eynəkləri modellərində trendləri daha çox klassik, ray-ban və aviator modelləri təşkil edir. Göz sağlığınızı düşünərək maşın idarə edərkən, açıq havada idmanla məşğul olarkən və gündəlik həyatınızda stilinizə uyğun və ən əsası UV qoruyucusu tam olan günəş eynəklərindən istifadə edin.